Hər şey Qarabağ üçün
Layihə Qarabağ Dirçəliş Fondu ilə "Azərlotereya" ASC arasında birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Layihə haqqında
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin təşkili, sosial-iqtisadi rifahın yaxşılaşdırılması, Qarabağın dirçəlişi, eləcə də Böyük Qayıdışın təmin edilməsi bu gün bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duran mühüm vəzifələrdən biridir.

Qarabağ Dirçəliş Fondu ilə "Azərlotereya" ASC arasında imzalanan əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində icra olunan "Hər şey Qarabağ üçün" layihəsinin məqsədi də yuxarıda qeyd olunan vəzifələrin icrasına töhfə vermək üçün ölkəmizidə insanlar arasında ianəçilik mədəniyyətinin təşviqi, daha çox insanın bu prosesə cəlb olunmasıdır.

Layihə çərçivəsində "Azərlotereya" ASC tərəfindən keçirilən tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir qismi Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Sən də qoşul!
Qarabağ Dirçəliş Fondunun "Azərlotereya" ASC ilə birgə həyata keçirdiyi "Hər şey Qarabağ üçün" layihəsi bir il müddətində davam edəcək.

Bu müddət ərzində layihə çərçivəsində həyata keçiriləcək bütün təşəbbüslər və tədbirlər forkarabakh.az rəsmi saytında və müxtəlif platformalarda işıqlandırılacaq.

Tirajlı lotereya biletlərini Misli.az saytı, MİSLİ məntəqələri, "Azərpoçt" şöbələri və bütün Azərlotereya satış nöqtələrindən, eləcə də azerlotereya.az saytından əldə etmək mümkündür.
Tirajlı lotereyalar və yayım vaxtları
Lotereyanın növü
Yayımlandığı platforma
Keçirilmə tarixi
Keçirilmə vaxtı
"5/36", "Super Keno"
Xəzər TV və Azərlotereya TV
Həftə içi hər gün
Saat 19:45
"4+4"
Xəzər TV və Azərlotereya TV
Bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri
Saat 19:45
Həftə içi hər gün saat 19:45-də Xəzər TV-nin efirində və Azərlotereya TV YouTube kanalında "5/36", "Super Keno", bazar ertəsi, çərşənbə, cümə və şənbə günlərində isə "4+4" tirajlı lotereya oyunları keçirilir.
Layihənin təşkilatçıları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Fondun təsisçisinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
"Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı Fərmanı ilə Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılmış şirkətdir. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsi fəaliyyətini "Azərlotereya" həyata keçirir.

Azərbaycan Respublikası Prezidenti "Azərlotereya" ASC-nin idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci ildə Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının lotereya şirkəti - "Azərlotereya" Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirən "Demirören Holding" şirkətinin idarəetməsinə verilib. "Demirören Holding" lotereya və idman mərc oyunlarını, qabaqcıl texnologiyaları və bütün yenilikləri Azərbaycan bazarında da təqdim edir.
Tez-tez verilən suallar