Qonaq gəlmişdi, şəhid oldu
09.01.2007 - 24.10.2020

13 yaş

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində ermənilər cəbhədə məğlubiyyətə uğradıqları üçün təxribatlara əl atdılar.

Onlar cəbhədən kənarda yerləşən, mülki əhalinin yaşadığı Azərbaycan şəhərlərinə raketlərlə atəş açmağa başladılar.

Baş Prokurorluğun 2020-ci il noyabrın 16-da açıqladığı rəqəmlərə görə , Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket atəşi nəticəsində 93 dinc sakin həlak olub, 454 nəfər isə yaralanıb.
Artur Mayakov
Ermənilərin Azərbaycanın şəhərlərini atəşə tutması nəticəsində həlak olanlar arasında azyaşlı uşaqlar da var.

Müharibə dövründə erməni caniləri Azərbaycanın ikinci böyük şəhəri, cəbhə bölgəsindən xeyli aralı yerləşən Gəncə şəhərini bir neçə dəfə artilleriya atəşinə tutdular. Bunlardan ən dəhşətlisi 17 oktyabr tarixində baş verdi. Düşmənin silahlı qüvvələrinin gecə saat 01:00 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində 15 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı. Həlak olanlardan 6-sı kişi, 4-ü qadın, 5-i isə azyaşlıdır.

Həmin dəhşətli hadisənin günahsız qurbanlarından biri də Rusiya vətəndaşı olan 13 yaşlı Artur Mayakovdur. O, dağıntılar altından sağ çıxarılsa da, bir həftə sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Artur Mayakov Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdiydi.

Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakovu anım mərasimi keçirilib.

Mərasimdə şəhər rəhbərliyi, rus icmasının nümayəndələri, şəhər sakinləri, Artur Mayakovun müəllimləri iştirak ediblər.

Oktyabrın 24-ü Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında 13 yaşlı Rusiya vətəndaşı Artur Mayakovun xatirəsi anılıb. Səfirliyin qarşısına gələn vətəndaşlar şam yandırıb, mərhumun ruhuna dualar oxuyublar.

Oxumağı tövsiyə edirik: