Atası deyir ki, Aysu oğlan kimi idi:
"Burada evin başında bir az "kubik" var idi, işlətmişdik artıq qalmışdı. Onu yığışdırmağa mənə kömək etmək istəyirdi. Qoldan çox güclü idi. Yanında olanda dərslərini oxuyurdu, amma mən gedəndən sonra oxumurdu. İstəyirdim Aysu dərslərini oxusun, öyrənsin, karantinə görə də heç dərs olmadı. Özüm zəhmətkeş olmuşam, deyirdim oxu nəyəsə sahib ol. Evdə bir xalatı var idi, geyinib deyirdi ata mən həkiməm. Uşaq idi, o nə bilirdi gələcəkdə nə olacaq".
"Aysu çox utancaq idi. Həm də çox az yemək yeyirdi" – deyə, atası sözlərinə əlavə edir:
"Balaca qızımı həkimə aparanda Aysunu da göstərdim, dedim ki, az yeyir. Həkim baxdı, yoxladı, dedi heç bir problemi yoxdur, özü yemək istəyəndə yeyəcək. Ermənilər Gəncəyə raket atanda oradakı dağıntının görüntülərinə baxıb ağlayırdım, Aysu da bunu görüb soruşurdu ki, niyə ağlayırsan? Dedim ki, heç nə olmayıb. Gecə durub uşaqların üzünə baxdım, dedim ermənilər günahsız uşaqlardan nə istəyir. Elə Gəncəyə raket atılandan bir neçə gün sonra bura düşdü".