Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhərlərini kaset bombalarından atəşə tutub. Açıq məkanlarda orduya qarşı istifadə üçün nəzərdə tutulmuş bu bombalar yaşayış məntəqələrində mülki əhaliyə təhlükə yaratdığından dünyanın əksər ölkələrində qadağan edilib.
Ermənistan tərəfi müharibə ilə bağlı bütün beynəlxalq normaları pozduğunu gizlətməyib. Ermənistan silahlı qüvvələrinin və Qarabağın marionet rejiminin nümayəndələri Azərbaycanda dinc əhalini hədəfə aldıqlarını açıq şəkildə bəyan ediblər.
Ermənistanın baş nazirinin baş hərbi müşaviri Vaqarşak Arutyunyan (Ermənistanın keçmiş müdafiə naziri) 2020-ci ilin oktyabrında Rusiyanın "Vesti" telekanalına müsahibəsində
açıq şəkildə etiraf edib: "Biz belə bir taktika işlətdik – bu, artilleriya zərbələrinin endirilməsi, Hava Hücumundan Müdafiə sisteminin sıradan çıxarılması, sonra da təşviş yaratmaq üçün dinc yaşayış məntəqələrinə zərbələr endirilməsi idi".
Analoji bəyanatı ötən ilin oktyabrında Qarabağdakı separatçı rejimin "rəhbəri" Arayik Arutyunyan da vermişdi. O
bidirmişdi ki, erməni tərəfi "Azərbaycan ərazisinin dərinliklərində hərbi əməliyyatlar aparmağa məcbur olacaq".
Silahlı münaqişələrin aparılması və onların nəticələrinin məhdudlaşdırılması beynəlxalq humanitar hüquq, xüsusən də 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokolları ilə tənzimlənir. Bu sənədlərə görə, yaşayış məntəqələrinin atəşə tutulması döyüş qaydalarının pozulması hesab olunur.
Bu sənədlər hərbi əməliyyatlarda iştirak etməyən insanların (mülki şəxslər, həkimlər və tibb bacıları, humanitar işçilər) və ya döyüş əməliyyatlarında iştirakını dayandırmış şəxslərin, məsələn, yaralıların, xəstələrin və gəmi qəzasına uğramış əsgərlərin, habelə məhbusların müdafiəsini nəzərdə tutur.
Ermənistan Cenevrə Konvensiyalarını imzalayarkən, istənilən şəraitdə orada nəzərdə tutulan normalara riayət etmək öhdəliyini üzərinə götürüb. Lakin İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq humanitar hüquqda təsbit olunmuş bütün qaydalar məcmusu Ermənistan tərəfindən bütövlükdə pozulub.
Söhbət işğal olunmuş ərazilərdə insanların məskunlaşdırılmasından, mülki əhaliyə və mülki infrastruktura, o cümlədən döyüş zonasından kənarda yerləşən şəhər və qəsəbələrə raket və bomba hücumlarının təşkil olunmasının, habelə qadağan olunmuş klasterdən (kaset) istifadənin və s. qadağan olunmasından gedir.
Ermənistan silahlı qüvvələri bütün bu bəndlər üzrə humanitar hüquq normalarına tam etinasızlıq nümayiş etdirib. Uşaqlardan orduda əsgər kimi hərbi qarşıdurmalarda istifadə olunması da "Cenevrə hüququ"nun fundamental əsaslarının pozulmasının bariz faktıdır.
Qeyd etmək lazımdır ki, beynəlxalq humanitar hüquq silahlı münaqişə vəziyyətlərində uşaqların müdafiəsini prioritet hesab edir, bu məqsədlə həm ümumi, həm də xüsusi müdafiəni nəzərdə tutur.
Xüsusilə, sonuncu məqam I Əlavə Protokolun 77-ci maddəsi ilə təmin olunur, bu bəndə əsasən, "uşaqlara xüsusi hörmət göstərilməli və onlar hər cür xoşagəlməz hücumlardan qorunmalıdırlar. Münaqişə tərəfləri onların yaşını və ya hər hansı başqa səbəbi nəzərə alaraq, uşaqların ehtiyac duyduqları müdafiə və yardımı təqdim etməlidirlər".
AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafazadə qeyd edib ki, Azərbaycan Qarabağın 30 illik işğalı müddətində Ermənistanın beynəlxalq hüququ tanımadığını bütün dünyaya nümayiş etdirdiyini, beynəlxalq təşkilatların Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal olunması faktını tanıyan və təcavüzkar ordunun dərhal ərazidən çıxmasını tələb edən qərarlarına məhəl qoymadığını izləyib.
"Bunların arasında Avropa Şurasının qərarları, Avropa İttifaqının, Avropa İnsan Hüquqları Məhkəməsinin qətnamələri və ən əsası BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd fundamental qətnaməsi var. Amma nə qədər sənəd və qərar qəbul olunsa da, onlar kağız üzərində qalıb, çünki Ermənistan bu qərarlara məhəl qoymayaraq bütün beynəlxalq ictimaiyyətə hörmətsiz münasibət nümayiş etdirib", - deyə Aytən Mustafazadə 5 oktyabr 2020-ci il tarixli
müsahibəsində bildirib.
O, Azərbaycanın gözlənilmədən müharibəyə cəlb olunduğu 1990-cı illərdə Ermənistan tərəfinin törətdiyi hərbi cinayətlərə dair cüzi dəlillərin əldə olduğunu xatırladıb və qeyd edib ki, indi vəziyyət fəqlidir, bütün bu məlumatlar 2020-ci ildəki İkinci Qarabağ – 44 günlük müharibə ərzində fəal şəkildə toplanıb. Hüquqşünas Aytən Mustafazadənin sözlərinə görə, onların hamısı Beynəlxalq Hərbi Tribunala müraciət üçün əsas olacaq.
O deyib: "Erməni hərbi cinayətkarlar cəzalandırılmalıdır".