"Hadisədən bir gün qabaq bir yerdə idik, gəlmişdim bura, uşaqlar həyətdə oynayırdılar" deyir Bəxtiyar Əliyev:
"Hadisə baş verməmişdən bir saat qabaq isə atamı gördüm, sonra mərmi səsi eşitdim. Gəldim hamısını tikə-tikə tapdım".
B.Qurbanovun sözlərinə görə, Şəhriyar babasının ürəyi idi, onu çox sevirdi:
"Hər zaman deyirdi ki, Şəhriyar mənim sağ əlimdi. Hər zaman babasına kömək edirdi, heç kim Şəhriyarın xətrinə dəyə bilməzdi. Atam onu çox istəyirdi, bir yerdə də getdilər.
Uşaqların hər birinin ad günləri evdə xüsusi qeyd olunurdu. Bir də görürdün anam zəng edir ki, gəlin bizə. Gedirdik ki, hazırlıq görülüb, bir süfrə arxasında oturub uşaqların doğum gününü qeyd edirdik.
Əmisi Şəhriyarla bağlı xatirələrindən də danışıb:
"Bir gün evə gəldim ki, həyat yoldaşım əsəbiləşib. Səbəbini soruşanda dedi ki, Şəhriyar oğlum Ayxanı döyüb. Futbol oynayırlarmış, mənim oğlum balaca olduğuna görə Şəhriyar ona deyib ki, sən kənarda dur. Mən də yoldaşıma dedim ki, uşaqdılar, dalaşarlar da, barışarlar da, onlar qardaşdılar buna görə əsəbiləşməyə dəyməz. Şəhriyara da bunu deyəndə dedi ki, əmi olan şeydi, bizim aramızda problem yoxdu".