2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən başlayaraq ağır məğlubiyyətə uğrayan ermənilər təxribatlara əl atdılar.

Ermənistanın siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən, mülki əhalinin yaşadığı şəhər və rayonlarımızı müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutdular.

Ermənistan hakimiyyətinin tapşırığı əsasında düşmən ölkənin silahlı birləşmələri tərəfindən Gəncə, Bərdə, Tərtər, Yevlax, Beyləqan, Qəbələ, Goranboy, Ağcabədi, Ağdam, Mingəçevir, Xızı və digər şəhər və rayonlarımızda sözün həqiqi mənasında insanlığa qarşı cinayətlər törədildi.

İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak oldu, 454 mülki vətəndaş yaralandı, 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəydi, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edildi.

Cinayətkar erməni silahlı qüvvələrinin şəhər və rayonlarımızda törətdikləri qətliam və dağıntılarla bağlı daha ətraflı aşağıda tanış ola bilərsiniz.


Erməni terrorunun mülki qurbanlarının tam siyahısı:
Mənbə: Azərbaycan Respublikasının Baş Prokurorluğu

7 oktyabr 2021-ci il


Oxumağı tövsiyə edirik: